Əslən Quba rayonundanam. Ermənilərin Azərbaycana qarşı torpaq iddiaları baş qaldıranda ərazi bütövlüyümüz naminə könüllü olaraq döyüşlərə qoşuldum. İlk hərbi batalyonun əsgərlərindən olmuşam. Birinci döyüşüm də elə Xocalı rayonunun Meşəli kəndində olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Birinci Qarabağ müharibəsi qazisi Zakir Səfərəliyev deyib.
Z.Səfərəliyev bildirib ki, ovaxtkı döyüşlər zamanı ermənilər nəinki Meşəlidə, digər ərazilərdə də vəhşiliklər törədirdi: “Çox qəribədir ki, onlar heç bir canlıya acımırdılar. Nəinki əliyalın, dinc sakinlər, həmçinin heyvanlar da onların hədəfi olurdu. Biz isə qadına, uşağa, qocaya, silahsıza güllə atmazdıq. Meşəli döyüşlərində ayağımdan güllə yarası almışam. Birinci Qarabağ müharibəsinin ağrı-acısı hələ də canımdan çıxmayıb. Meşəlidə baş verənlərə şahid olduğum üçün cinayətkarlardan biri olan Vaqif Xaçaturyana ən ağır cəzanın verilməsini istəyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB