17 oktyabr Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günüdür...

17 oktyabr Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günüdür...

...1992-ci il dekabrın 22-də BMT Baş Assambleyası oktyabrın 17-ni Yoxsulluğun Aradan Qaldırılması Beynəlxalq Günü elan edib. Məhz elə buna görə də bu gün bütün dünyada insanlar yoxsulluq içində yaşayan insanlara diqqəti cəlb edir.

Məsələn Tacikistan hakimiyyəti hər il respublikada yoxsulluğun səviyyəsinin azaldığını bildirir.

SİA-nın əldə etdiyi məlumata görə, müstəqil ekspertlər belə rəsmi məlumatlara şübhə ilə yanaşırlar.

Yeri gəlmişkən, Tacikistan prezidenti Emomali Rahmon, 2022-ci ilin dekabr ayında bir mesaj zamanı Tacikistanda yoxsulluğun səviyyəsinin 2018-ci ildəki 27,4 faizdən 2022-ci ildə 22,5 faizə düşdüyünü bildirmişdi.

Bu məlumatlara əsasən, belə çıxır ki, Tacikistan əhalisinin təxminən 80 faizi yoxsulluğun öhdəsindən gəlib və rifah içində yaşayırlar?.

Müstəqil ekspertlərin fikrincə, bu cür məlumatlar çoxlu suallar doğurur, lakin alternativ statistika olmadığı üçün onları təkzib etmək də mümkün deyil.

Maraqlıdır ki, başqa ölkələrdə, əksinə, bu çətin dövrdə yoxsulluğun səviyyəsi artıb.

Məsələn, Tacikstana qonşu Qırğızıstanda bu respublikanın rəsmi məlumatına görə, yoxsulların xüsusi çəkisi 2019-cu ildəki 20,1 faizdən 2022-ci ildə 33,3 faizə yüksəlib.

Eyni şeyi Ermənistan haqqında da demək olar. Belə ki bu ölkədə yoxsulluq səviyyəsi bu ərəfədə 23,5 faizdən 26,5 faizə qalxıb.

Bu arada tacikstanlı iqtisadçı Əkrəm Yunusovun fikrincə, Ermənistanın da Tacikistana bənzər iqtisadi imkanları var

Yunusovun sözlərinə görə, hakimiyyət yoxsulluqla effektiv mübarizə aparmaq üçün heç bir tədbir görmür və dövlət sektorunda çalışan işçilərin maaşlarının artırılmasını inflyasiya ilə ayaqlaşa bilməyən indeksasiyadan başqa bir şey adlandırmaq olmaz.

Onun fikrincə, səmərəsizliyin əsas səbəbi iqtisadi deyil, daha çox siyasidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə