“Zina məsələsi ilə bağlı kişilər üçün heç bir ayrı-seçkilik yoxdur“ - DİN XADİMİ

“Zina məsələsi ilə bağlı kişilər üçün heç bir ayrı-seçkilik yoxdur“ - DİN XADİMİ

“Zina İslam dinində birmənalı şəkildə haram və günahdır. Fərq etmədən kişinin də, qadının etdiyi zina haram hesab olunur. Lakin bəzi İslam ölkələrində dinə uyğun olaraq kişinin bir neçə xanımının olması qanunla qəbul olunub. Yəni İslamda olan bir çox qaydalar həmin ölkələrin konstitusiyalarında da öz təsbitini tapıb. Amma biz dünyəvi ölkədə yaşayırıq və bir kişi bir qadına sahib olub, nikah müqaviləsi bağalaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bizim ölkəmizdə kişinin birdən artıq qadın almaq imkanı yoxdur.

İslam dinində kişinin 4 qadın ala biləcəyinin qeyd edilməsinin vacibliyi vurğulamır. Hətta ayədə qeyd olunur ki, kişi imkanı daxilindədirsə, birdən artıq qadınla nikaha girə bilər. Eynilə bunu qanunla qəbul edən ölkələrdə də hər kişiyə bir neçə xanıma sahib olmağa icazə verilmir. Bu yalnız bütün qadınlarına eyni imkanı verə biləcək kişilərə aid edilir. Amma istənilən şəkildə zina həm kişi, həm də qadın üçün günahdır. Bu məsələdə kişilər üçün heç bir ayrı-seçkilik yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə