“Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRİR

“Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRİR

“Azərbaycanda insan hüquq və azadlıqları konstitusion normadır. 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyanın mətninin üçdə biri məhz insan hüquq və azadlıqlarına həsr edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, praktik ictimai münasibətlərdə də insan hüquqları Azərbaycan cəmiyyətinin priroitetlərindən biridir və hər bir vətəndaşın hüquq və azadlıqları qanunla təmin olunur: “Bu azadlıqlar cəmiyyətin inkişafı, cəmiyyətdə fikir istehsalı imkanları üçün yaxşı şərtlər formalaşdırır. Nəticə etibarilə də Azərbaycanda dinamik, inkişaf edən cəmiyyət inkişaf edir. İnsan hüquq və azadlıqlarının qorunması təkcə hüquqi deyil, ictimai müstəvidə də aktualdır. Çoxsaylı QHT-lər və vətəndaş cəmiyyəti institutları da məhz hüquqların qorunması üzrə ixtisaslaşıblar ki, onlar da hüququn qeyri-ənənəvi yol ilə qorunması üçün hüquqi maarifləndirmə işləri aparırlar. Buna görə də hazırda Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yoxdur.

Hüquqa diqqətin başqa bir təzahürünü müxtəlif hadisələrdə də müşahidə edə bilirik. Avropada vətəndaşların sərbəst toplaşmaq hüququ məhdudlaşdırıldığı, sosial hüquqlarla bağlı kütləvi tədbirlərin keçirildiyi halda Azərbaycanda bunlar baş vermir. Buna görə də son dövrlərdə Fransada sosial təminat və təqaüdlərlə bağlı baş verən hadisələr zamanı polisin davranışlarına, Avropanın digər ölkələrində sosial təminat və təminatla bağlı həyata keçirilən kütləvi etirazlara diqqət yetirsək görəcəyik ki, klassik Qərb ölkələrində polis güc tətbiq etməklə vətəndaşların hüquqlarını məhdudlaşdırmış olur. Fərqli dinlərin nümayəndələrinə qarşı çox ciddi təzyiqlər var ki, bu da insan hüquqlarının məhdudlaşdırılması deməkdir. Amma Azərbaycanda insan hüquq və azadlıqlarının, dini etiqadların qorunması prioritetdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə