Kişilər bəzi qadın sürücülərə qarşı niyə kobudluq edir? - EKSPERT FİKRİ

Kişilər bəzi qadın sürücülərə qarşı niyə kobudluq edir? - EKSPERT FİKRİ

Uzun müddətdir davam edən tendensiyadır ki, kişi sürücülər qadınları sükan arxasında görmək istəmir. Hətta qadınlara avtomobil idarə etdiyi üçün xüsusi aqressiya ilə yanaşanlar da az deyil. Məsələn, bir çox kişi sürücülər qadınlar avtomobil idarə edərkən ard-arda siqnal verir, müxtəlif manevrlər edir və çaşqınlıq yaradır. Bunlar da ciddi təhlükəli nəticələrə səbəb ola bilər. SİA mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, qadın sürücü münasibətlərinin hər hansı bir vəziyyətdə olması tərkib gender bərabərliyi, yaxud kişi sürücülərin üstünlüyə malik olması demək deyil: "Sürücülərin sürmə məharətinin özünü göstərməsi və daha çox sürücülük vərdişlərinin aşılanması kimi məsələlər özünü ehtiva edir".

Aslan Əsədov sözlərinə belə davam edib: "Əgər avtomobil şəhərdə idarə olunursa, birbaşa tövsiyəm ondan ibarətdir ki, mütləq səriştəsi olan şəxslər yol-nəqliyyat işirakçısı olsunlar. Digər hallarda isə bu ağır fəsadlara yol aça, yaxud ölümlə nəticələnə bilər. Yəni, sürməyi bacarmayanlar sürməsin. Çünki yollarımız sıxdır və ciddi problem yaranır. Bu halda digər sürücülərin də avtomobil idarə etməsi çətinləşir"

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə