15 oktyabr İlham Əliyevin 20 illik prezidentlik dövrü ilə əlaqədar respublikanın şəhər və rayonlarında müxtəlif səpkili ( konfrans, iməcliklər, idman yarışları, konsert proqramları, və s.) tədbirlər həyata keçirilir. Bununla əlaqədar oktyabrın 13-də Lənkəran şəhərində də YAP Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə iməcilik və flaşmob keçirilib.
İməclikdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, aparatın əməkdaşlari, gənc fəallar və media nümayəndələri iştirak edib. İməcliyin keçirildiyi ərazi 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov parkının seçilməsi təsadüfi deyildir. Belə ki, bu, gənclərdə vətənpərvərlik hissinin aşılanması və milli dəyərlər əsasında formalaşmasına əyani dəstəkdir.
Sonda YAP loqosu vurulmuş köynək və papaqlar geyinmiş 200 gəncin iştraki ilə üç rəngli Azərbaycan bayrağının flaşmobu icra edilib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB