“Şikayətlər daha çox spirtli içkilərlə bağlı olur” - AYDINLIQ GƏTİRİLDİ
“Ərzaq məsulları ilə bağlı şikayətlər bizə telefon zəngləri şəklində gəlir. Hazırda da şikayətlər mövcuddur. Daha çox şikayətlər isə spirtli içkilərlə bağlı olur. Bu sahədə ölkədə ciddi problem var və kifayət qədər standartlara uyğun olmayan mayelərin şüşə qablara doldurularaq satışı həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, standartlara uyğun şəkildə spirtli içki istehsal edən zavodlar isə öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər.
İkinci problemli məsul isə sulardır. Xüsusilə də qısa zaman içərisində alınan sulardan pis qoxu gəldiyi bildirilir. AQTA bu istiqamətdə qısa zaman öncə çox səthi bir yoxlama keçirtdi, yalnız etiket məlumatlarının doğruluğu yoxlanıldı. Eyni zamanda çox ucuz qiymətə satılan yağlar da insanları şübhələndirir. Yağlar da həddindən artıq çirklənmiş bir sahəyə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB