"Belə insanların şiddətli şəkildə itirmə qorxuları olur" - PSİXOLOQ FİKRİ

"Belə insanların şiddətli şəkildə itirmə qorxuları olur" - PSİXOLOQ FİKRİ

“İnsan uşaq yaşlarında valideynlərindən lazımi sevgi görə bilmədikdə, böyüdükdə hər kəsi məmnun etməyə, özünü sevdirməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, belə insanların şiddətli şəkildə itirmə qorxuları olur: “Bu cür insanlar hər zaman ətraf tərəfindən bəyənilməyi, sevilməyi istəyir, bunun üçün çalışırlar. Bu birbaşa olaraq qızların ataları, oğlanların isə anaları ilə bağlı olan komplekslərin tamamlanmamasında özünü göstərir.

Hər kəsin travmaları ola bilər. Lakin bunun fərqinə vardıqda, onu aradan qaldırmaq mümkün olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə