"Onlar psixoloji cəhətdən hələ də müharibədə olurlar" - PSİXİATR DANIŞDI
"Qazi və ya müharibə əlillərinin intihar etməsinin səbəblərindən danışanda, ilk növbədə biz başa düşməliyik ki, bu hal niyə yaranır. Bu insanlar müharibədə iştirak edib, döyüşə gedib, insan öldürüb, dostlarını itirib, özləri yaralanıb. Onlar hər gün ölümlə rastlaşıb. Bu halda ölüm qorxusu azalır, çünki ölümə öyrəşiblər". Bu sözləri SİA-ya həkim-psixiatr Azad İsazadə deyib.
Onun sözlərinə görə, bundan əlavə həmin insanlarda müharibədən sonra aqressiya çoxalmağa başlayır: "Onlar artıq mülki həyata birdən-birə qayıda bilmirlər. Fiziki cəhətdən mülki həyata qayıdırlar, psixoloji cəhətdən hələ də müharibədədirlər. Həmin şəxslər hər bir xırda şeyə aqressiya göstərə bilərlər. Aqressiya həm ətrafa, həm də daxilə ola bilər. Daxili aqressiya olanda insan başa düşür ki, mülki həyatdadır, bu avtomat silahı ilə kimisə öldürə bilməz, kimisə döyə bilməz. Bunun hamısı aqressiya şəklində yığılır və onun əlində bircə öz canı var. Belə olduqda o, bezir və aqressiyanı özünə qarşı istifadə edir".
A.İsazadə sözlərinə davam edərək bildirib ki, müharibə iştirakçılarının psixioloji müayinəsinə gəlincə, bu müayinə təşkil olunub: "Deyə bilmərik ki, təşkil olunmayıb. Söhbət müayinə və yardımın insana çatmasındadır. Bakıda, Gəncədə psixioloji mərkəzlər, psixiatrik xəstəxanalar, həkimlər, cürbəcür təşkilatlar var. Amma kəndə çata bilmirik. Kənddə yaşayan qazimizin, müharibə iştirakçısının psixioloji yardım alması çətindir. Birincisi, o anlamır ki, onda psixioloji problem var, psixioloqa getməlidir. Anlasa da heç rayon mərkəzində də psixioloqu tapa bilmir. Bu halda o, yalnız Bakıya və ya Gəncəyə gəlməlidir. Deməli, müayinə və yardım konkret olaraq pasientə çatmalıdır. Lakin çox vaxt bu baş tutmur".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB