“5-6 yaşa qədər uşaqları qəbiristanlığa aparmağa ehtiyac yoxdur” - PSİXOLOQ AÇIQLADI
“5-6 yaşa qədər uşaqları qəbiristanlığa aparmağa ehtiyac yoxdur. Daha irəli yaşlarda və əgər uşaq istəyirsə aparmaq olar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq psixoloq Günel Talehqızı deyib.

Onun sözlərinə görə, yaxşı olar ki, uşaqlar dəfn mərasimlərində iştirak etməsin: “Eləcə də uşaqları uzun müddət və tez-tez qəbiristanlığa aparmaq da düzgün deyil”.
Psixoloq sözlərinə belə davam edib: “Getmədən öncə uşağa məlumat vermək önəmlidir. Həmçinin, qəbiristanlıqda böyüklərin davranışı önəmlidir. Yəni, böyük həddən artıq emosionallıq yaşayırsa, özünənəzarəti itirirsə, nəzərə alsın ki, bu zaman uşağa mənfi təsir edir. Yəni, uşağın məzarlığa gəlib-gəlməməyi yox, biz böyüklərin oradakı yanlış davranışı onda travma yarada bilər. Uşağa model olmağımız vacibdir. Məsələn, həmin insan haqqında xoş xatirələr bölüşmək, gül qoymaq, söhbət etmək və s.”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB