“Şəhid və qazi ailələri dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunub” - DEPUTAT DANIŞDI
“Qarabağ, torpaqlarımız işğaldan azad olunması uğrunda həyata keçirdiyimiz haqlı mübarizə zamanı həyatını itirmiş, Vətənimiz uğrunda şəhid və qazi olan hər bir Azərbaycan vətəndaşı dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, onların hər biri və ailə üzvləri üçün birbaşa ölkə Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın nəzarəti ilə bir çox sosial proqramlar həyata keçirilir, daimi olaraq işlər görülür:
“Şəhid və qazi ailələrinin sosial rifah halının yaxşılaşdırılması üçün müavinətlər, YAŞAT Fondu tərəfindən yardımlar göstərilib. Eyni zamanda ailədə olan uşaqların təhsili dövlət hesabına həllini tapır. Eyni zamanda onların səhiyyə problemləri və istirahətləri ilə bağlı məsələlər də dövlət tərəfindən təmin edilir.
Həmçinin qazilərimizin müaciləsi də birbaşa dövlət nəzarətindədir. Lazım gəldikdə müalicə üçün qardaş Türkiyə respublikasına göndərilirlər.
Cənab Prezidentin birbaşa tapşırığı ilə dövlət qurumlarında açılan vakant yerlərdə bu qəbildən olan ailələrin üzvləri işlə təmin edilirlər.
Cəmiyyətdə də şəhid və qazi ailələrinə böyük ehtiram və sevgi ilə yanaşılır. Onların hər biri bizim başımızın tacıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB