“YAŞAT” Fondu hərbçi övladının xərclərini qarşılayıb

“YAŞAT” Fondu hərbçi övladının xərclərini qarşılayıb

Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan Süleyman Mehdiyevin Mingəçevirdə dünyaya gələn övladının zəruri xərcləri “YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Fonddan SİA-ya verilən xəbərə görə, bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb.

Bildirilib ki, dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.

Qeyd edək ki, həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

"Onlar bizə əmanət" layihəsi indiyədək 110 şəhid övladını əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə