Sirkənin orqanizm üçün hansı faydaları var? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ
“Sirkənin payız və qış aylarında orqanizm üçün əvəzsiz faydaları var. Təsadüfi deyil ki, formalaşmış Azərbaycan mətbəxində sirkənin böyük rolu var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, sirkə immun sisteminin gücləndirilməsində qalxan rolunu oynayır: “Tərkibində olan antioksidan və minerallar səbəbilə insanın xəstələnməsinin qarşısının alınmasında mühüm rol oyanır. Eyni zamanda sirkə dərinin gözəlləşməsinə də öz müsbət təsirini göstərir.
Qeyd etmək lazımdır ki, sirkə pis xolesterinləri parçalayır və kökəlmənin qarşısını alır. Lakin bu o demək deyil ki, istənilən zaman sirkə içmək mümkündür. Gün ərzində 3 dəfə sirkəli su içilə və yeməklərə əlavə edilərək qəbul edilə bilər.
A.Salamov qeyd edib ki, allergik reaksiyalara həssas insanlar və mədə-bağırsaq sistemində problemi olanların həkim məsləhəti olmadan qəbul etməsi məsləhət görülmür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB