Autizmli uşaqların valideynləri necə davranmalıdır? - PSİXOLOQ AÇIQLADI

Autizmli uşaqların valideynləri necə davranmalıdır? - PSİXOLOQ AÇIQLADI

“Bu məsələyə ikitərəfli yanaşmaq istəyirəm. Valideynlərdən çox xahiş edirik ki, əgər görürsünüzsə uşaq 6,7,9 ayında, 1 yaşında və 1 yaş 2 aylığında o biri uşaqlardan fərqlidir, emosional gülməsi və səsə reaksiyası yoxdur, bu halda artıq 1 yaşından etibarən onu həm nevroloq, həm də psixoloq yanına aparın”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, autizmin müəyyən olunması üçün uşaqlar mütləq şəkildə müəyyən testlərdən keçirilməlidir: “Əgər yaş 3-ə çatıbsa və biz uşağımızın autizm olduğunu biliriksə, bu zaman reabilitasiya, psixoloq, yaxud loqopedin uşağa vacibliyini müəyyənləşdirib seçim etmək lazımdır”.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən valideynlər düşünür ki, “Övladım artıq autizmdir və nə etsəm də faydası olmayacaq”. Amma siz bunu bilməlisiniz ki, reabilitasiya və bəzi autizmlərə yaşam koçu da mütləqdir. Psixoloq və nevroloqla əlaqədə olmaq lazımdır. Valideynlər uşaqlarını həyatdan təcrid etməsinlər. Autizm xəstəlik deyil, fərqlilikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə