“Azərbaycanın hər qarışı bizim üçün vətəndir” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Azərbaycanın hər qarışı bizim üçün vətəndir” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Həm həyəcanlı, həm də sevincliyik. Çünki bu gün öz torpağımıza gedirik”. Bu sözləri SİA-ya açıqlamasında Füzuliyə köç prosesi zamanı keçmiş məcburi köçkün Leyla Abbasova deyib.

O, sözlərinə belə davam edib: “Azərbaycanın hər qarışı bizim üçün vətəndir. Amma hər kəsə öz yurdu və torpağı daha doğmadır. Mənim də yurdum Füzulidir.

Cənab Prezidentə və onun ailəsinə minnətdarlığımı bildirirəm. Elə sevincliyəm ki, eyni anda həm danışmaq, həm gülmək, həm də ağlamaq istəyirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə