“Həm kədərli, həm də sevincliyəm” - FÜZULİYƏ YOLLANAN GƏNC QIZ

“Həm kədərli, həm də sevincliyəm” - FÜZULİYƏ YOLLANAN GƏNC QIZ

“18 yaşım var. Ailəmlə birlikdə Füzuliyə yollanıram”. Bu sözləri SİA-ya açıqlamasında Füzuliyə köç prosesi zamanı keçmiş məcburi köçkün ailəsindən olan gənc qız söyləyib.

O, Füzuliyə yollandığı üçün çox həyəcanlı olduğunu bildirib: “Ora mənə çox maraqlı gəlir. Ümid edirəm ki, bir daha müharibə olmaz”.

Gənc xanım həm kədərli, həm də çox sevincli olduğunu bildirib: “Kədərliyəm, çünki bütün dostlarım buradadır. Lakin bir tərəfim də doğma torpaqlara addım atmaq üçün sevinir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə