“Neçə ildir həsrətini çəkdiyimiz vətənimizə qayıdırıq” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN
“Neçə ildir həsrətini çəkdiyimiz vətənimizə qayıdırıq. Çox şükür, ay Allah”. Bu sözləri SİA-ya açıqlamasında Füzuliyə köç prosesi zamanı keçmiş məcburi köçkün Nazxanım Məmmədrzayeva deyib.
O, sözlərinə belə davam edib: “Allah Prezidentimizin canını sağ eləsin. Sağolsun ki, bizə belə bir şərait yaratdı.
Füzulidə Xanlar küçəsinin həsrəti ilə yaşayıram. İndi 64 yaşım var. Füzulidən çıxarıldıqda isə 33 yaşındaydım. Yoldaşım şəhid olub və oğlumla birlikdə doğma yurda qayıdırıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB