“Sevincdən özümü doğru-düzgün ifadə edə bilmirəm”

“Sevincdən özümü doğru-düzgün ifadə edə bilmirəm”

“Çox sevincliyəm. Sözlər tükənib”. Bu sözləri SİA-ya açıqlamasında hal-hazırda Füzuliyə köç edən keçmiş məcburi köçkün Azər Mirzəyev deyib.

Azər Mirzəyev sözlərinə belə davam edib: “Sevincdən özümü doğru-düzgün ifadə edə bilmirəm. Bu sevinci bizə yaşatdıqları üçün dövlətimizə, ordumuza və şəhidlərimizə minnətdarlığımı bildirirəm”.

Keçmiş köçkün Füzuliyə ailədən 4 nəfərin yollandığını bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə