Həkim səhvi və yalnış tibbi diaqnoz qoyulan zaman nə etməliyik? - VƏKİL AÇIQLADI
“Mülki Məcəllənin 1112 maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı cərrahiyə əməliyyatın yanlış diaqnozu nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, yəni tibb müəssisəsi orada çalışan həkimlərin əməlləri üçün məsuliyyət daşıyır: “Klinikada çalışan həkim səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, bu zaman dəymiş zərərin əvəzi klinika tərəfindən ödənilməlidir. Klinika da, öz növbəsində, ona dəymiş zərərin ödənilməsini həkimdən reqnes qaydasında tələb edə bilər.
Həkimlərin Hippokrat andının mətnində belə bir cümlər var: “Müalicəmi heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm”. Həkimlərin etik davranış qaydalarında isə qeyd olunmuşdur ki, həkim öz fəaliyyətini peşəkarlıq səviyyəsində həyata keçirməli, pasienti əsassız riskə məruz qoymamalı və səhiyyə müəssisəsinin nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməlidir”.
Turan Abdullazadə sözlərinə belə davam edib: “Cinayət Məcəlləsində belə bir norma da var:
Maddə 314. Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
314.3. Bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB