Yaşıl çay aldıqda NƏLƏRƏ FİKİR VERMƏLİ? - MÜTƏXƏSSİS AÇIQLADI

Yaşıl çay aldıqda NƏLƏRƏ FİKİR VERMƏLİ? - MÜTƏXƏSSİS AÇIQLADI

“Yaşıl çayın insan orqanizminə faydaları mövcuddur. Sənaye üsulu ilə hazırlanan, rəng qatılan çay içərək böyrəklərimizə zərər vurmaqdansa, yaşıl çay içmək daha məqsədəuyğundur. Lakin yaşıl çayların hər biri də günahsız deyil”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, çobanyastığı, kəklikotu kimi çaylar insan orqanizmi üçün daha faydalıdır: “Naxçıvan, Qarabağ zonalarında kəklikotunun müxtəlif növləri bitir. Dağ otlarından, şəfalı bitkilərdən əldə edilən çay təbii ki, insan orqanizmi üçün xeyirlidir. Lakin xarici ölkələrdən gələn paket yaşıl çaylar üçün eyni şeyi demək mümkün deyil. Çalışıb, həmin çaylardan uzaq durmaq lazımdır.

Yaşıl çay aldıqda toz halında olmamasına və dənlərinin hiss olunmasına diqqət etmək lazımdır. Sklerenxima bitkisinin toxumalarından əldə edilən paket çaylar insan orqanizmi üçün zərərli deyil. Yaxşı çay içmək üçün onun biraz baha olmasına gözə almaq və orqanizmimizi qorumalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə