“İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

“İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün “İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin mövzusu cənab Prezident İlham Əliyevin 2003-cü ildən 2023-cü ilə qədərki fəaliyyətində dəyərlərimizi qorumasına həsr olunub.

Qeyd edək ki, bununla yanaşı, bu gün həm də Mənəvi Dəyərlərin Təbliği Fondunun 6-cı ildönümüdür.

Tədbir başlayınca ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov açıb. O bildirib ki, tədbirin mövzusu əsasən cənab Prezident İlham Əliyevin 2003-cü ildən 2023-cü ilə qədərki fəaliyyətində dəyərlərimizi qorumasına həsr olunub”.

Daha sonra Prezident İlham Əliyevə həsr olunmuş videoçarx təqdim olunub.

Ardınca Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə mənəvi dəyərlərin necə təbliğ olunması haqqında məlumat verib.

Bununla yanaşı İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edib. O, ölkəmizdə mənəvi dəyərlərin təbliğ olunması ilə bağlı danışıb.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev isə çıxışında "Səs" qəzetinin mənəvi dəyərlərə söykənən bir mətbu orqan olduğunu vurğulayıb. O bildirib ki, "Səs" qəzetində Ulu Öndərin bir sıra yetirmələri mövcud olub”.

Bəhruz Quliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun 6 illik fəaliyyəti dövründə böyük işlər gördüyünü söyləyib. O, bütün kollektivi səmimi qəlblə təbrik edib.

Xatırladaq ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov, Fondun İcraçı direktorunun müavini Ceyhun Əliyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev və Fondun İdarə Heyətinin digər üzvləri iştirak edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə