“İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

“İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün “İlham Əliyev Dəyərlərin Keşiyində 20 il” adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbirin mövzusu cənab Prezident İlham Əliyevin 2003-cü ildən 2023-cü ilə qədərki fəaliyyətində dəyərlərimizi qorumasına həsr olunur.

Bununla yanaşı, bu gün həm də Mənəvi Dəyərlərin Təbliği Fondunun 6-cı ildönümüdür.

İilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov açıb.

Xatırladaq ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Ceyhun Əliyev, Səs Media Qrupun təsisçisi və rəhbəri Bəhruz Quliyev və fondun idarə heyətinin digər üzvləri iştirak edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə