Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələrinə əsasən, Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 22 layihə qrant qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu layihələrə “Mənim ilk ixtiram – Sabahın alimləri respublika müsabiqəsinə hazırlıq mərkəzi”, “Qəbələ STEAM festivalı”, “Bu günün fidanları – işıqlı gələcəyin qurucuları” region məktəblilərinin STEAM düşərgəsi”, “Təbiət dinclik bilmir və tənbəlliyi cəzalandırır”, “İnkişaf və uğur üçün sosial bacarıqlar məktəbi”, “Xüsusi təyinatlı coğrafiyaçılar”, “Məktəblilərin maliyyə savadlılığının artırılması”, “Məktəbdən evə”, “STEAM - sizlərlə gələcək”, “Real həyatda riyaziyyat – SIMOC, SASMO, AMO”, “Müasir şagirdə müasir yanaşma”, “Gənc arxeoloqlar – Tarixin sirlərinə səyahət” və digərləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB