““Gümüş toy”, “qızıl toy” adət-ənənələri nə anlama gəlir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

““Gümüş toy”, “qızıl toy” adət-ənənələri nə anlama gəlir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

““Gümüş toy”, “qızıl toy” adət-ənənələri bizə başqa xalqlardan keçib. “Gümüş toy” adətən evliliyin 30-cu ilində, “qızıl toy” isə 50-ci ilində qeyd edilir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, 50 il bərabər gözəl həyat yaşayan cütlüyün bunu qeyd etməsi əslində müsbət haldır: “Amma bu zaman da həddi aşmaq, bunu böyük bir toy-bayrama çevirməyə ehtiyac yoxdur. Bu adətlər adətən şəhərlərdə daha aktual olur. İstənilən halda təbii ki, gözəl və uzun illər davam edən evliliyin qeyd edilməsi müsbət hal kim qiymətləndirilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə