Pedofiliyaya qarşı mübarizə necə aparılır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ
“Pedofiliya yetkinlik yaşına çatmış şəxslərin yetkinlik yaşına çatmamış uşaqlara qarşı olan seksual maraqlarıdır. Bura müxtəlif yaş qruplarına aid uşaqlar daxildir. Uşaqlara pornoqrafik videolar göstərmək, onu oral seksə məcbur etmək, uşağı soyunduraraq onu izləmək və s. kimi hərəkətlər pedofiliyanın göstəriciləridir. Zənnimcə şəxslərin pedofil olmasının səbəblərinin kökündə böyük uşaqlıq travmaları, özlərinin cinsi zorakılığa məruz qalması, ata və ana ilə münasibətlərin zəif olması dayanır”. Bu sözləri SİA-ya açıqlamasında BMT nin qadınlar üçün yaratdığı HeForShe layihəsinin Azərbaycandakı nümayəndəliyindəliyinin üzvü, sosial işçi Arzu Qarayeva deyib.
Onun sözlərinə görə, genetik və hormonal problemlər, din və coğrafi mühitin də bu məsələdə rolu böyükdür: “Pedofil olan şəxslərin əksəriyyəti ailə daxilində olan və ya ailəyə çox yaxın olan şəxslərdən ibarət olur. Hansı ki, şəxs çox yaxşı statusa, gözəl nitqə sahib olur, amma pedofil çıxa bilir. Təbii ki, belə insanlardan şübhə duymaq da çox çətin olur.
A.Qarayeva qeyd edib ki, müəllimi adətən sobalı evlərdə mütləq şəkildə cinsi zorakılıq aktının olduğunun müşahidə edildiyini deyirdi. Bu cür sobalı evlər də adətən kənd evlərində olur və ailənin bütün üzvləri birlikdə olurlar. Qohumlar tərəfindən cinsi zorakılıq törədildikdə isə onlar özlərini çox yaxşı müdafiə etməyi bacarırlar.
Uşaqlara qarşı olan istismar hallarında onların psixoloji vəziyyətləri və bu vəziyyətin xaricə vurulmasını müşahidə edirik. Lakin bir çox hallarda uşaqlar bunu göstərə bilmirlər. Çünki belə hallarda həddindən artıq içinə qapalı olur, ünsiyyətdən qaçırlar. Bu cür uşaqlarda bağırsaq və yuxu problemlərinə də çox rast gəlinir. Eyni zamanda cinsi zorakılığa məruz qalan uşaqlar tək qalmaqdan da qorxur, çəkinirlər. Ən böyük problemlərdən biri də bəzi hallarda valideynlərin uşaqları günahlandırması və qınaq obyektinə çevrilməkdən qorxduğu üçün uşağı susdurmağa çalışmasıdır. Bu isə uşaqda böyük travmalara səbəb olur.
Məktəblərdə məsələ ilə bağlı psixoloji dəstək, psixoloqların fəaliyyəti gücləndirilməlidir. Təəssüflər olsun ki, hazırda məktəblərdə sosial işçilərin sayı yox dərəcəsindədir. Lakin hər məktəbə ən azı bir sosial işçi mütləq şəkildə lazımdır.
Uşaqlar cinsi zorakılığa məruz qaldığı təqdirdə valideyn və məktəb heyətinin üzərinə böyük iş düşür. Onlar məsələnin üstünü bağlamamalı, müvafiq qurumlara müraciət etməlidir. Əks təqdirdə pedofiliya ilə mübarizə aparmaq getdikcə daha da çətin hal alacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB