Oğlan tələbələrə niyə kirayə ev verilmir? - EKSPERT AÇIQLADI

Oğlan tələbələrə niyə kirayə ev verilmir? - EKSPERT AÇIQLADI

Son zamanlar bir sıra sosial şəbəkələrdə mənzil sahiblərinin oğlan tələbələrə ev kirayə verməməsi məsələsi gündəmdədir. Bəs, buna səbəb nədir? Problem nədən qaynaqlanır? SİA mövzu ilə bağlı Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikirlərini öyrənib.


Onun sözlərinə görə, burada bir çox bəlli səbəblər mövcuddur: “Əvvəla, qrup şəklində oğlanlar mənzilə yığışdıqda bir çox hallarda burada təmizlikdən söhbət gedə bilməz”.

Elnur Azadov sözlərinə belə davam edib: “İkincisi, oğlanlar daha çox səs-küy salır və yanlarına gedib-gələn dost-tanışları da çox olur.

Tələbat çox olduğu üçün sahibkarlar da evlərini qızlara əmanət etməyə üstünlük verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə