Avtomobillərin çoxalması ekologiyada hansı dəyişikliklərə səbəb olacaq? - EKOLOQ AYDINLIQ GƏTİRDİ
"Avtomobillərin sayı bütün dünyada olduğu kimi, Azərbaycanda da sürətlə artmaqdadır. Demək olar ki, avtomobili olmayan bir ailə tapmaq çox çətindir. Xüsusilə, iri şəhərlərdə avtomobillərin çoxluğu ciddi problemlər yaradır. İlk növbədə bu, hava keyfiyyətinin dəyişməsi ilə bağlıdır. Yəni, bizim avtomobillərin əksəriyyəti daxili-yanma və dizel mühərrikləri ilə işlədiyi üçün atmosferə kükürd qazı, bərk maddələr, tozlar və azot oksidləri daxil olur, eyni zamanda karbondioksidin miqdarı artır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, bu da daha çox Bakı və Sumqayıt ərazisində atmosfer havasının çirklənməsi deməkdir: "Yəni, avtomobillər çoxaldıqca atmosferdəki çirkləndiriciıərin miqdarı artır. Atmosfer havasının çirklənməsi isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bununla bağlı müəyyən işlər görülür. Azərbaycana idxal olunan ənənəvi mühərrikli maşınlar elektron avtomobillər ilə əvəz olunmağa başlayıb".
"Ümid edirik ki, bu, yaxın 10 ildə öz effektini kifayət qədər göstərəcəkdir. Bundan başqa ictimai nəqliyyatın gücləndirilməsi üçün mütləq şəkildə tədbirlər görülməlidir ki, insanlar daha çox şəxsi avtomobildən yox ictimai nəqliyyatdan istifadə etsin. Metro şəbəkəsinin genişləndirilməsi, avtobusların işinin effektiv təşkil olunması bu tədbirlərə aid edilə bilər",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB