Aparıcıların ləhcə ilə danışması düzgündür? - TELETƏNQİDÇİ DANIŞDI
"Televiziya dili şifahi ədəbi dilin normalarına əsaslanan normativ dildir. Ona görə televiziya dilində ədəbi normalar əsasdır. Amma bunun özündə də yarımüslublar var. Məsələn, xəbərin üslubu ilə şou proqramının üslubu arasındakı fərqi dərhal görmək mümkündür. Xəbər daha çox rəsmi, ciddi üsluba əsaslanır. Amma şou proqramları sərbəst üsluba aiddir". Bu sözləri SİA-ya açıqlamasında jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, təbii ki, bu üslubların hər birində ədəbi tələffüz əsas götürülür: "Ona görə də televiziya və ya radioda ləhcə ilə danışmaq, hansısa dialekti nümayiş etdirmək yolverilməzdir. Doğrudur, verlişdə iştirak edənlər olduğu bölgənin şivəsində danışa bilər. Buna ciddi irad yoxdur. Amma söhbət televiziya təmsilçilərindən gedirsə, aparıcılar və digər dil daşıyıcıları maksimum ədəbi dildə danışmalıdırlar. Onu da qeyd edim ki, ədəbi dildə danışmaq quru, rəsmi formada danışmaq demək deyil.
Televiziyada yaşanan norma pozuntularına görə ilk növbədə verlişin redaktoru məsuliyyət daşıyır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB