Uşaqlarda depressiyanı necə müəyyən etmək olar? -PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
"Azyaşlı uşaqların depressiyaya düşməsi böyüklərdən çox fərqlənir. Çünki uşaqlar fikirlərini çatdıra bilmədikləri üçün bu prosesi daha çətin keçirir, tez-tez xəstələnirlər”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Təhminə Çələbi deyib.
O bildirib ki, depressiyaya düşən uşaqlarda qarın ağrısı, ürək bulanması, gecə qorxuları ilə yanaşı, gecə yerini islatmaq kimi hallar da baş verir: “Belə hallarda valideynlər uşaqlarının xəstə olduğunu düşünür və onları həkimə apararaq, müalicə etməyə başlayırlar. Lakin sonradan məlum olur ki, uşaqlarda gedən proses xəstəliklə deyil, məhz depressiya ilə bağlıdır”.
Psixoloqun sözlərinə görə, uşaqlarda depressiya daha çox 6-8 yaş aralığında müşahidə olunur: “Bu, daha çox uşaqların normal oyun fəaliyyətindən tədrisə keçidi və onların həyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu yaş dövründə olan uşaqlar onlara verilən tapşırıqların öhdəsindən gələ bilməyəcəklərini düşünür, əvvəlki həyat tərzlərini istəyir və böyümək istəmirlər və depressiyaya düşürlər”.
Təhminə Çələbi qeyd edib ki, uşaqların depressiyadan çıxması üçün valideynlər ilkin olaraq övladları ilə yaxından tanış olmalı, onlara dəyər verməli, uşaqlarını narahat edən məsələni səbirli şəkildə aydınlaşdırmalıdırlar: “Belə ki, valideynlər uşaqların hisslərini ciddiyə almalı, uşaqlarını utandırmamalı, onları aşağılamamalıdırlar. Əksinə, valideynlər uşaqların nədən qorxduğunu, onları narahat edən problemi öyrənməlidirlər. Uşaqlarla vaxt keçirməli, müxtəlif oyunlar oynamalı, onlara sonu gözəl bitən nağıllar danışmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB