“Pedofillik psixi pozuntudur və ağır sağalan xəstəliklərdən sayılır”. Bu sözləri SİA-ya açıqlamasında Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.
Onun sözlərinə görə, pedofillik uşaqlıq travmalarından yaranır: “Çox vaxt pedofillər özləri uşaqlıqda cinsi təcavüzə məruz qalmış olur. Pedofil o insana deyilir ki, onun yetkinliyə çatmamış uşaqlara qarşı cinsi həvəs və ehtirası var. Pedofil şəxs onlarla cinsi əlaqəyə girmək istəyir. Ən azı 5 yaş fərqi olmalıdır. Məsələn, pedofilin 21 və qurbanın 15 yaşı”.
Təhmasib Cavadzadə sözlərinə belə davam edib: “Şəxsin özündən yaşca kiçik, amma yetkinlik yaşını keçən insanlarla əlaqəyə girmək isteyi olsa, bu pedofilizm sayılmır. Məsələn, 26 və 18 yaş. Pedofillər zaman keçdikcə qurbanlarının yaşı artanda onları tez -tez dəyişir ve eyni yaşda olan uşaqlara meyl edirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB