“Qaraciyər piylənməsinin əsas səbəbi spirtli içkilərdir“ - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

“Qaraciyər piylənməsinin əsas səbəbi spirtli içkilərdir“ - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

“Qaraciyər piylənməsinin əsas səbəbi spirtli içkilərdir. Spirtli içkilərin kalorisi çox yüksək olur. İslam ölkələrində içki mədəniyyəti o qədər də inkişaf etməyib”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, yanlış qidalanma da birbaşa qaraciyər yağlanmasına səbəb olur: “Eyni zamanda boş karbohidratlar birbaşa qaraciyərin düşmənidir. Çörək də məhz boş karbohidrat hesab edilən qidaların başında gəlir. Bundan başqa qazlı içkilər də boş karbohidratlar sırasına daxildir.

Sağlam qidalanmada bir gün toyuq, bir gün qırmızı ət, bir gün isə balıq yeyilməlidir. Bu balanslaşdırılmalıdır, əks təqdirdə hər gün qəbul edilən qırmızı ət də qaraciyərə öz mənfi təsirini göstərəcəkdir. Mütləq şəkildə yeməyin yanında mövsümü tərəvəzlərdən ibarət salat qəbul edilməlidir.

İşlənmiş ət məsulları, trans yağlar da qaraciyər və ümumilikdə orqanizm üçün zərərlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə