Xankəndi və Xocavənddə aqrometeoroloji stansiya quraşdırılacaq

Xankəndi və Xocavənddə aqrometeoroloji stansiya quraşdırılacaq

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya var.

SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, gələcəkdə Xankəndi, Xocavənd və digər ərazilərdə 2 aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır:

“Bu stansiyalar sözügedən ərazilərdə kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə