“Azərbaycanda zeytunla bağlı heç bir sıxıntı yoxdur. Lakin hər hansısa marketlər şəbəkəsində marketinq və ya logistika nöqteyi-nəzərindən hər hansı problemin olması mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, istehlakçılar duza qoyulmuş zeytunun bahalığından narazıdırlar: “Bəzi zeytun növlərində endirimlər olur. Bu isə adətən çəyirdəksiz zeytunlara aid edilən endirimlər olur. Buna görə də insanların bu istiqamətdə narazılıqları mövcuddur. Lakin zeytunla bağlı əmtəə bazarında heç bir problem yoxdur”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB