“Məlumdur ki, universitetdən yeni məzun olmuş şəxslərin iş tapmağında kifayət qədər problemlər mövcuddur. Onlar iş tapa bilməməkdən gileylənir və onların işə götürülməməsində müəssisələrin təqsirkar olduğunu düşünürlər”. Bu sözləri SİA-ya insan resursları üzrə ekspert Nüsrət Xəlilov deyib.
Onun sözlərinə görə, həyatımızın hər mərhələsinə öz ciddi təsirini göstərən texnoloji proseslərin sürətli inkişafı, eyni zamanda əmək bazarında da yeni tendensiyaların ortaya çıxmasına səbəb olub: “Bu baxımdan təhsil ocaqları tədris proqramında dəyişən dövrün tələblərinə uyğun müvafiq yenilənmələrini tətbiq etməlidirlər. Tələbələrin məzun olduqdan sonra iş tapa bilməməklərinin əsas səbəblərindən biri də onların əksər hallarda karyera hədəflərinin olmamasıdır. 4 il dərsə gəlir-gedir. Ən yaxşı halda universitetin ona verdiyi təhsillə kifayətlənir və məzun olduqdan sonra hansı işdə işləyəcəyini və işə necə qəbul olacağını bilmir. Halbuki, orta məktəb illərindən, ən geci universitet illərindən karyera planlaması edilməli və seçilmiş bu hədəf istiqamətində real addımlar atılmalıdır. Mən kim olacam? Bu hədəf istiqamətində nələri bilməliyəm? Bu hədəfə çatmaq üçün təhsildən əlavə seminar kurslara gedilməli, əmək bazarının tələblərinə uyğun yeniliklərin tətbiqi, iş prosesi ilə fərdi əlaqələrin qurulması vacibdir”.
Ekspert onu da qeyd edib ki, tələbələr əmək bazarında çətinliklə üzləşməmək üçün tələbəlik illərində araşdırma aparmalı, müxtəlif kanallar vasitəsilə zəruri biliklərə yiyələnməli və müəyyən təcrübə əldə etməyə can atmalıdırlar”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB