"Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəssizdir". SİA xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik mərhum Xoşbəxt Yusifzadənin vida mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışı zamanı deyib.
O, sözlərinə belə davam edib: “O, bizim hamımızın müəllimi idi. Xoşbəxt Yusifzadənin təkcə Azərbaycanda yox keçmiş SSR-də istənilən tapıntının altında imzası var.
Bəzən o tək qarşısında 10 nəfər xarici ekspertə fikirlərini səlis izah edirdi. O, dərin savada malik insan idi. Onun üçün cavabı olmayan sual yox idi. Azərbaycanın bugünki iqtisadi dirçəlişinin əsasında duran Ulu Öndərin neft strategiyasının formalaşmasında Xoşbəxt Yusifzadə rolu var idi. O, layiqli şərəfli yol keçirəcək öz vətəninə xidmət etmişdir. Onun vətəni üçün gördüyü işlər əvəssizdir". Hamımızın başı sağ olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə