“Həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi” - MİSİR MƏRDANOV

“Azərbaycan elminə ağır itki üz verib. Hamımız üçün çox ağır bir dərtdir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasimində keçmiş Təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin Azərbaycanın neft və qaz sənayesinin bu günə gəlib çatmasında böyük rolu olub: “O, yaşının çox olmasına baxmayaraq diqqətli insan idi. Həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi.

Ötən həftənin beşinci günü onun yaxın dostu akademik Azad Mirzəcanzadənin doğum günü ilə bağlı konfransda yarızarafat özünəməxsus şəkildə çıxış etdi. Ruhu şad olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə