“Xoşbəxt Yusifzadə bütün neftçilərin ürəyində iz qoyub getdi” - Rövnəq Abdullayev
“Elə bil böyük qardaşımı itirmişəm”. SİA xəbər verir ki, bu sözləri Xoşbəxt Yusifzadənin vida mərasimində SOCAR-ın keçmiş prezidenti, hazırda İqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi: “O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, “Sən cavanlardan çox daha operativsən”. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə