“Xoşbəxt Yusifzadənin töhfələri Azərbaycan xalqı üçün çox önəmlidir“ - EMİN ƏMRULLAYEV

“Xoşbəxt müəllim Azərbaycanın həm elm, həm də neft sənayesinin görkəmli simalarından idi”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Xoşbəxt müəllimin elm və neft sənayesi sahəsində töhfələri Azərbaycan xalqı üçün çox önəmlidir. Onun nailiyyətləri Azərbaycanın gələcək inkişafında da çox mühüm əhəmiyyət kəsb edəcək. Allah rəhmət etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə