“Yaşanılan qorxu və sıxıntılar uşaqlıq travmaları ilə bağlıdır“ - PSİXOLOQ İZAH ETDİ
“Uşaqlıq travmaları insanların həyatında mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, travmanın hansı fəsadlara yol açdığını araşdırmaq lazımdır: “Ailədə baş verən problemlər, bu səbəbdən qazanılan travmalar gələcəkdə həmin şəxsin öz ailə həyatında da əksini tapacaq.
Psixoloq qeyd edib ki, diqqətsiz böyüyən uşaqlar, diqqətsizlikdən qorxmağa, özlərini diqqətsiz qaldıqda narahat hiss etməyə meyilli olurlar. Eyni zamanda uşaqlıqda maddi problemlər yaşayan şəxs simic birinə çevrilir. İnsanın heçnə olmadığı təqdirdə yaşadığı qorxu və sıxıntılar məhz uşaqlıq travmaları ilə bağlıdır. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə travmanın nə olduğunu araşdırıb tapmaq lazımdır. Bunun öhdəsindən tək gələ bilmədikdə də psixoloji dəstək almaq tövsiyyə edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB