Məlumdur ki, günümüzdə müştəri bazası zəif olan bir sıra otellər var. Bəs bu otellərin problemi nədir ki, müştərisi yoxdur, yaxud azdır? Problem qiymətdə, yoxsa heyətdədir? SİA mövzu ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, zəif iqtisadi göstəricilər və yaxud müflis olmuş müəssisənin bu vəziyyətə düşməsinin müxtəlif səbəbləri ola bilər: "Azərbaycan qonaqpərvərlik xidmətləri bazarına xas olan daha geniş yayılmış "icarə" üsulu ilə mehmanxanalar istismar olurlar. Belə biznes formulada bir sıra müsbət və mənfi tərəflərə diqqət yetirə bilərik. Misal üçün, əgər icarəyə götürən üçün bu formula bir növ sərbəstlik kimi anlana bilər, digər tərəfdən sahibkarın biznesinin yaramaz əllərə düşməsi riski də unudulmamalıdır.
Bir sıra hallarla üzləşirik ki, icarə müqaviləsi əsasında fəaliyyət göstərən mehmanxanalarda tərəflər arasında ziddiyyətlər yaranır. Bəzi hallarda məhkəmələrdə iddiaların baxılması ilə də bu hallar nəticələnirlər".
Samir Dübəndi sözlərinə belə davam edib: "Qeyd olunan hallar son nəticədə mehmanxananın fəaliyyətinə, birmənalı olaraq, mənfi təsir göstərir. İqtisadi göstəricilər düşürlər, qonaq məmnuniyyəti təmin edilmir, müəsissə bəzi hallarda uzun müddət, necə deyərlər, "su üzərində" qalır, yəni fəalyyətini kredit və sair cəlb edilmiş vəsaitlər hesabına ayağ üstə saxlayır.
Qonaqpərvərlik sənayesində böyük personal axını var, insanlar bu sahədə tez-tez iş yerlərini dəyişirlər, bəziləri müvəqqəti olaraq bu sahəyə gəlir, digər tərəfdən orta və kiçik hotellər seqmentində icarəçilərin uzun müddətli müqavilələri əvəzinə tez-tez dəyişən icarəçilər müşahidə olurlar. Bu amillər də hotellərin fəaliyyətinə mənfi təsir göstərirlər.
Gəlin indi də bu vəziyyətin yaxşılaşdırılmasına gətirə bilən tədbirləri diqqətdən keçirək.
İqtisadi fəaliyyət sektorunun davamlı inkişafına nail olmaq üçün, bu sahədə müvafiq elmi-tədqiqat və təhsil-təlim bazası, peşəkar işçi qüvvəsi, səmərəli qanunvericilik, dövlət və ictimai nəzarət mexanizmları, həvəsləndirici iqtisadi alətlər, maliyyə resursları və sair sosial-iqtisadi komponentlər təmin edilməlidirlər.
Hazırda ölkənin qonaqpərvərlik biznesı peşkar personalın çatışmamazlığından şikayətlənir, yalnız təhsil-təlim müəsissələrilə daha yaxın əməkdaşlıqdan çəkinirlər. Bacarıqlı hotelçilər isə bizneslərini inkişaf etdirmək üçün müvafiq, bu biznes üçün xüsusi hazırlanmış kreditlər tapa bilmirlər. Bunların sayı məhduddur.
Bu və digər məsələlərə diqqət yetirmək hesab edirəm ki, olduqca zəruridir ki, biz davamlı inkişaf prinsiplərinə qonaqpərvərlik sektorunun inkişafında sadiq qalmış olaq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB