"Hər hansı bir məsələdə ifrat olan hər şey problem yaradır. Bu, yalnız homoseksuallığa aid deyil". Bu sözləri SİA-ya açıqlamasında Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.

Onun sözlərinə görə, bəzən cəmiyyətdə vulqar formada homoseksuallar görürük: "Bu, insanlarda səhv fikrin formalaşmasına səbəb olur və düşünürlər ki, homoseksullar pisdir. Təbii ki, bununla yanaşı, heteroseksualların da vulqarları cəmiyyətdə müsbət qarşılanmır.
Homoseksuallıq özü-özlüyündə problem deyil. Psixi pozuntuların beynəlxalq təsnifatında XBT, DSM və həmçinin ÜST homoseksuallığı problem kimi görmür".
Təhmasib Cavadzadə sözlərinə belə davam edib: "Standart 3 növ cinsi oriyentasiya təyin olunub. Homoseksuallar da həmin oriyentasiyalardan biridir. Homoseksuallıq infeksiya və bakterial xəstəliklər kimi keçici deyil. İnsan ya homoseksual, ya biseksual, ya da heteroseksual olaraq doğulur.
Problem şəxsin özündə ola bilər. Məsələn, hər hansı bir psixi travması ola bilər ki, bu da homoseksuallığa aid deyil. Homoseksuallarda da heteroseksuallarda olduğu kimi psixi pozuntular olur. Amma xüsusilə homoseksuallara aid psixi pozuntu yoxdur. Bəzən homoseksuallarda psixi travma olur. Yəni, özlərini qəbullana bilmirlər və ya cəmiyyətdə tərk olunmaqdan qorxurlar. Bu da onlarda özgüvən, sosiallaşma, paranoya və s. kimi problemlər yaradır.
Cəmiyyətdə düzgün maarifləndirmə və insanlarda tolerantlıq olsa, homoseksuallar da cəmiyyətdə normal və problemsiz yaşaya bilər. Bizim cəmiyyət biraz homofobikdir. Bir çoxları homoseksuallığın keçici olmasından qorxur. Əslində, homoseklsual öz homoseksuallığını özü-özlüyündə qəbul etsə, onun bir çox problemləri həllini tapmış olar. Zatən cinsi həyat insanın şəxsi və özəl həyatıdır. Heç bir homoseksual, yaxud heteroseksual da bunu əlində bayraq edib gəzmir. Homoseksaullara da ehtiyac yoxdur ki, bunu özlərinə problem etsinlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB