Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq

Azərbaycanda 4 yeni Bilim mərkəzi açılacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bilim Bakı Mərkəzinin rəhbəri Ahmet Köse deyib.

A.Köse bildirib ki, Quba, Şəki, Gəncə və Naxçıvanda Bilim mərkəzləri fəaliyyətə başlayacaq. Bununla da ölkədə belə mərkəzlərin sayı 5-ə çatacaq.

Bilim mərkəzinin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə