Qarabağda yaşayan erməni sakinlər "ASAN" və DOST xidmətlərindən faydalanacaqlar
Qarabağ bölgəsində yaşayan erməni sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.
SİA xəbər verir ki, bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub.
Qeyd edilib ki, sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.
Sakinlər səyyar xidmətlərdən (Səyyar "ASAN" və Səyyar DOST) faydalanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə