“İnanc insanın nəyəsə inanmasıdır və inanclar müxtəlifdir. Dini baxımından da inanclar müxtəlifdir. Məsələn, dünyada büdpərəstlər, atəşpərəsətlər, şamanlar və müxtəlif təbii qüvvələrə inananlar var. Bunların hər biri inanc nümunələridir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bu inanclar formalaşaraq, dini inanclara çevrilə bilər: “Çünki inancların dini inanclara çevrilməməsi də mümkündür.
Dini inanc inancın konkret formasıdır ki, burada mövqe bilinir. Hətta heç biri dini inanca məxsus olmayanların belə inanclarının olduğu deyilir. İnanc olmadan insanın yaşaması mümkün deyil. Lakin dini inanc biraz da məsələnin konkretləşərək, mövqe bilinən formasıdır. Buna görə də din sözünə diqqət yetirməliyik. Din sözünün mənası təftişdir. Yəni insanın daxili dünyasının hesabatının təftişidir. İnsan öz-özünə hesabat verir ki, həqiqətən də Yaradana inanır, ya inanmır. Din insanın əqidəsinin, əməllərinin hesabıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə