"Süd məsulları təmiz qablarda saxlanılmalıdır əks təqdirdə...." - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

"Süd məsulları təmiz qablarda saxlanılmalıdır əks təqdirdə...." - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

“Bruselyoz xəstəliyi insanlara heyvan mənşəli qidalardan keçir. Bu ət, süd və süd məsullarından insana keçə bilər. Bruselyoz xəstəliyi insanda yüksək hərarət və tərləməyə səbəb olur. Eyni zamanda bu xəstəliyə yoluxmuş insanlarda daha tez depresiyyaya meyillilik, yuxusuzluq müşahidə olunur. Bəzən də kəskin şəkildə birdən-birə çəki itirmə olur. Bundan başqa xəstəlik insan bədənində kəskin ağrılara səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu xəstəliyə yoluxmamaq üçün son dərəcə diqqətli olmaq lazımdır: “Qəbul edilən heyvan mənşəli qidalar birmənalı olaraq mənşəyi bəlli olan yerdən alınmalıdır. Heyvan mənşəli ətlər istifadə olunan zaman mütləq şəkildə yaxşı bişirilməlidir. Az bişmiş, yarı çiy ətləri yeyən zaman da xəstəliyin yoluxması baş verir. Ətlə təmas etdikdən sonra mütləq şəkildə əl təmiz yuyulma və ətin saxlandığı qab da digər qablardan ayrı yuyulmalı, təmizlənməlidir. Ət doğranılan bıçağı digər meyvə-tərəvəzlərdə istifadə etmək qətiyyən olmaz.

Süd məsulları isə təmiz qablarda saxlanılmalı, süd yaxşı şəkildə bişirilməlidir. Az duzlu pendirlər də bruselyoz təhlükə mənbəyi hesab olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə