Depressiyada olanların çox yeməsinə nə rəvac verir? - PSİXOLOQ FİKRİ

Depressiyada olanların çox yeməsinə nə rəvac verir? - PSİXOLOQ FİKRİ

"Stress, depressiya, bir sözlə emosional pozulmalar zamanı beynimiz məsələ həllinə konsentrasiya olduğu üçün ilkin təbii ehtiyaclara yönəlmir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.

Onun sözlərinə görə, bununla da bağırsağın fəaliyyətində və hormonların emalında problemlər yaranır: "Nəticədə insanlar ya çox aclıq hissi çəkir, ya da tamamilə yeməyi unudurlar".

Psixoloq sözlərinə belə davam edib: "Emosional pozulmalar zamanı qidaya münasibətdə insanların davranışı qida tərbiyəsi ilə də əlaqəli ola bilər. Məsələn, uşaqlıqda yıxıldığımız, kimləsə dalaşdığımız, uğursuzluqla qarşılaşdığımız zaman valideynlər əhvalımız düzəlsin deyə şirniyyat və ya şokolad verərək o emosiyalarımızı kəsməyi öyrədir. Bu halda artıq yetkin olduğumuzda hər hansı bir problem, maneə və ya uğursuzluğa düçar olduğumuz zaman özümüz özümüzü sakitləşdirmək üçün şirin nələrəsə, və ya artıq qidalara üstünlük veririk. Yağ hüceyrələrimiz uşaqlıqdan artdığı üçün də kökəlməyə də meyillilik yaranır. Ona görə bu cür hallardan qaçmaq üçün uşaqları rejimlə və məcburiyyətsiz qidalandırmalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə