"Bu günə qədər bu yardımın effektini ortaya çıxaran yoxdur" - DEPUTAT
"Neçə ilərdir ki, ünvanlı sosial yardım layihəsini təqvim edirik. Amma bu günə qədər bu yardımın effektini ortaya çıxaran yoxdur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat sözlərinə belə davam edib: "Həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə olsa yaxşı olar. 15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var və sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var sənə yardım düşmür".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB