"Gənclərin regionda yaşaması üçün güzəştlər etməliyik"

"Gənclərin regionda yaşaması üçün güzəştlər etməliyik"

"Qanunvericiliklə bağlı əsaslı təkliflərim var. Məlumdur ki, ölkənin hər yerində abadlıq-quruculuq işləri gedir. Bu tək işğaldan azad olunmuş ərazilərimizdə deyil, həm də digər rayonlarda da olur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat sözlərinə belə davam edib: "Təklif edirəm ki, ipoteka haqqında qanuna fərqli yanaşaq. Bakıda da, regionda da ipoteka qaydaları eynidir. Gənclərin regionda qalması, evlənməsi, ev alması və fəaliyət göstərməsini nəzərdə tuturuqsa, güzəştlər etməliyik. Onlara şərait yaratmaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə