“Meyvə dükanlarında, bazarlarda necə gəldi satılan və evdə hazırlanmış qidalar dövlət orqanları və AQTA üçün yaxşı bir bəhanədir. Çünki zəhərlənmə halları baş verdiyi təqdirdə məsulun evdə hazırlandığını deyərək, problemin həllindən qaçmış olurlar. Onların düşüncəsinə görə sənaye üsulu ilə hazırlanan məsullardan qida zəhərlənmələri olmur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq istənilən yerdə satış üçün qida hazırlayan, onu satan, daşıyan hər bir hüquqi və ya fiziki şəxs AQTA-da qeydiyyatda olmalıdır: “AQTA da bunun sayəsində daim onlara nəzarət etmək imkanı əldə edir.
Azərbaycanın qida mədəniyyətində evdə şoraba hazırlamaq kimi böyük bir mədəniyyətsizlik var. Ümumiyyətlə şoraba insanlara zərərli məsuldur və onun ev şəraitində hazırlanması daha da təhlükəlidir. İnsanlar bu mədəniyyətsizlikdən əl çəkməlidirlər. Şorabanın istənilən növü sənaye üsulu ilə hazırlanmış şəkildə marketlərdə satılır. Zəhərlənmələrin qarşısını almaq üçün bu qidaları marketdən almaq məqsədəuyğundur. Çox təəssüf ki, bu məsələdə AQTA ictimai nəzarəti təmin edə bilmir. Eyni zamanda əhalinin verdiyi informasiyalar da sıx təqib edilmir. Belə olan halda da Azərbaycanın əmtəə bazarında kifayət qədər təhlükəli evdə hazırlanmış qidalar olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB