“Səssizliyin səsi olaq!” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

“Səssizliyin səsi olaq!” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Heydər Əliyev ili çərçivəsinə Dünya eşitmə məhdudiyyətlilər həftəsinə həsr olunmuş “Səssizliyin səsi olaq!” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin təşkilatçıları “Modern İnkişaf və Ailə”İB sədri Zərifə Quliyeva, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB sədri Cəmilə Çingizqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi” İB sədri Elçin Axundzadədir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Daha sonra isə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə əsas təşkilatçılardan biri olan “Modern İnkişaf və Ailə”İctimai Birliyinin rəhbəri Zərifə xanım Quliyeva açıq elan edib.

Daha sonra isə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin rəhbəri Cəmilə Çingizqızı açaraq, tədbir iştirakçılarını salamlayıb. O, tədbirin məqsədi haqqında danışaraq qeyd edib ki, “ Dünyada hər il Sentyabr ayının son həftəsi, Dünya eşitmə məhdudiyyətlilər həftəsi kimi qeyd edilir. Məqsəd isə eşitmə məhdudiyyətli şəxslərin hüquqlarını qorumaq, onları əhatə edən problemlərdən, əldə etdikləri nailiyyətlərdən danışmaq, dövlətin onlar üçün əlçatan mühitin yaradılmasında atdıqları addımlardan, təhsil, məşqulluq, sosial təminatından söz açmaqla, onların eşidilməyən səslərini cəmiyyətə duyurmaqdan ibarətdir. Təşkilatımız uzun illərdir eşitmə məhdudiyyətli şəxslərin probleminin həlli yolunda dövlətə bir çox təkliflər verib, layihələr icra edib, eşitmə məhdudiyyətli şəxslərin informasiya balansının artırılmasında, cəmiyyətə inteqrasiyasında yaxından iştirak edib. Son layihəmiz, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İcbari Tibbi Sığortanın Jest dilində tərcüməsi idi. Bu layihənin icrası ilə biz eşitmə məhdudiyyətli şəxslərin İcbari Tibbi Sığorta anlayışını öz Ana dilləri olan Jest dilində çatdırmaqla tibbə əlçatanlığını təmin etmiş olduq.Tədbirin məhz Heydər Əliyev ili çərçivəsində qeyd edilməsi də təsadüfü deyil. Heç şüphəsiz ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası , ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təməli düzgün qoyulan dövlət bu gün bütün sahələrdə inkişaf edir. Umummilli liderin layiqli davamçısı olan İlham Əliyev və Vitse Prezident Mehriban xanım hər zaman əlilliyi olan şəxsləri xüsusi qayğı ilə əhatə edir. Bu gün də bu tədbirin keçirilməsi eşitmə məhdudiyyətli şəxslərin cəmiyyət tərəfindən duyulmasına bir töhvədir.”

Qeyd edək ki, burada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərov, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimayyətlə əlaqələr departamentinin məsləhətçisi Fuad Bayramov da iştirak edib.

Həmçinin, tədbirdə bir çox dövlət və Qeyri Hökümət nümayəndələri iştirak edib. Çıxışçılar eşitmə məhdudiyyətli şəxslərin problemlərindən, onlar üçün görülən və görüləcək işlərdən danışıb. Tədbirin bədii hissəsi “ENMŞSY”İB-nin mədəniyyət sahəsi üzrə kordinatoru Günel Kərimova və xaroqraf Günay Muradinin, eşitmə məhdudiyyətli gənclərlə hazırladığı mahnı və rəqslərlə davam edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə